×
A
A
A
Sazlamalar

BDU-da “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib

Bakı, 4 noyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU), Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbi və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər ayı” layihəsi çərçivəsində “Zəfər sədaları” adlı konsert proqramı təqdim edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, muğam sənətinin milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğindəki xüsusi rolundan bəhs edib. O, gənc nəslin milli musiqi irsinə marağının artırılmasının, bu sənətin yaşadılaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət Məktəbinin direktoru Lətifəxanım Əliyeva çıxışında Vətən müharibəsində əldə olunan Qələbənin xalqımızın tarixindəki müstəsna yerindən danışıb. O, tarixi Zəfərin mədəni tədbirlər, xüsusilə milli musiqi və incəsənət nümunələri vasitəsilə qeyd olunmasının əhəmiyyətini diqqətə çatdıraraq konsert proqramının təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Proqramın bədii hissəsində İncəsənət Məktəbinin şagirdləri tərəfindən müxtəlif musiqi alətlərində “Azərbaycan ritmləri”, “Azərbaycanım”, “Qaytağı”, “Vətən yaxşıdır” və “Mənim Azərbaycanım” musiqi nümunələri ifa olunub, həmçinin rəqs və kompozisiya nömrələri təqdim edilib.

Elm və təhsil 2026-11-04 18:42:00