


® “Ziraat Bank Azərbaycan” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib
“Ziraat Bank Azərbaycan” 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyalarının birgə təşəbbüsü çərçivəsində keçirilən aksiyada bank-maliyyə sektorunun nümayəndələri bir araya gələrək ətraf mühitin mühafizəsinə və ölkədə yaşıllıq sahələrinin genişləndirilməsinə öz töhfələrini veriblər.
Aksiya zamanı iştirakçılar tərəfindən 2 hektar ərazidə ümumilikdə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Bununla da cari il ərzində sözügedən ərazidə əkilən ağacların ümumi sayı 38 min 750-yə çatıb.
Qeyd edək ki, ağacəkmə kampaniyası 2023-cü il martın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində həyata keçirilir.
Memoranduma əsasən, 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 min ağacın, ümumilikdə isə 1 milyon ağacın əkilməsi nəzərdə tutulur. Bu təşəbbüs çərçivəsində Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında ağacəkmə tədbirləri həyata keçirilir, həmçinin yaşıllıq sahələrinin davamlı inkişafını təmin etmək məqsədilə müvafiq suvarma sistemləri qurulur.
“Ziraat Bank Azərbaycan” ekoloji dayanıqlılığın təmin edilməsini və ətraf mühitin qorunmasını korporativ sosial məsuliyyət yanaşmasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Bank bu kimi təşəbbüslərdə iştirakı ilə ölkədə yaşıllıq sahələrinin artırılmasına, ekoloji tarazlığın qorunmasına və gələcək nəsillər üçün daha sağlam ətraf mühitin formalaşdırılmasına dəstəyini ifadə edir.
“Ziraat Bank Azərbaycan” ASC 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın “Instagram”, “X-platforması”, “Linkedin”, “YouTube” sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.