×
A
A
A
Sazlamalar

Səfir: Səudiyyə Ərəbistanı Azərbaycanla həmrəyliyini qurban payı ilə nümayiş etdirir

Bakı, 4 noyabr, AZƏRTAC
Bu gün 5 min qurbanlıq heyvanın ətindən ibarət pay Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil verildi. Nazirliyin ən çox ehtiyac duyan əhali qrupları ilə bağlı müvafiq məlumat bazası və siyahıları mövcuddur. Buna görə də qurbanlıq ətin kimlərə və hansı qaydada paylanılmasının müəyyənləşdirilməsi nazirliyə həvalə edilib. Paylanma hər il nazirliyin məqsədəuyğun hesab etdiyi qaydada və onun müəyyən etdiyi meyarlar əsasında həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli deyib.
“Səudiyyə Ərəbistanı Krallığının bu hədiyyəsi Krallıqla bütün İslam ölkələri, o cümlədən Azərbaycan Respublikasının müsəlmanları arasında mövcud ictimai həmrəyliyin və sıx əlaqələrin göstəricisidir. Bu təşəbbüs həm Azərbaycandakı, həm də dünyanın digər ölkələrindəki müsəlmanlarla qarşılıqlı İslam qardaşlığı hissini daha da gücləndirir”, - deyə səfir əlavə edib.

 

Fotoqraf - Xanlar Əlizadə

Cəmiyyət 2026-11-04 14:51:00