×
A
A
A
Sazlamalar

Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub

Bakı, 4 noyabr, AZƏRTAC

2027-ci ildə dövlət büdcəsi kəsirinin əvvəlki illə müqayisədə artacağı, onun maliyyələşdirilməsində isə əvvəlki illərdə olduğu kimi əsasən borclanma mənbələrinə üstünlük veriləcəyi proqnozlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Büdcə layihəsində 2027-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 140 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 15 milyon manat və ya 12 faiz çoxdur. Cari ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub ki, bu da illik proqnozun 97,7 faizini təşkil edir. Cari ilin 6 ayında özəlləşdirmədən daxilolmalar üzrə hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş borc üzrə qalıq məbləğ 7 milyon manat azalaraq 79,6 milyon manat təşkil edib”, - deyə o bildirib.

 

İqtisadiyyat 2026-11-04 14:24:00