×
A
A
A
Sazlamalar

Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin nəticəli olması üçün 35 tövsiyə verilib VİDEO

Bakı, 4 noyabr, AZƏRTAC
Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Rəyin tərtibi zamanı şərh etdiyi məsələlərin bir hissəsi aradan qaldırılıb və bununla bağlı 24 halda məlumat verilib.
AZƏRTAC xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dövlət maliyyəsinin idarə edilməsi, qanunvericilik aktlarında aparılacaq dəyişikliklərlə müzakirələr davamlı xarakter daşıyır və mütəmadi olaraq, həyata keçirilməkdədir.
"Dövlət maliyyəsinin idarə edilməsi istiqamətində aparılan təkmilləşmələrin davamlı və nəticəli olması məqsədilə Rəydə 35 tövsiyə verilib", - deyə palata sədri diqqətə çatdırıb.


Fotoqraf - Aydın Məmmədov

İqtisadiyyat 2026-11-04 14:11:00