


Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
Bakı, 4 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın münaqişənin həlli ilə bağlı razılığa gəlməyə yaxın olduğunu düşünür.
AZƏRTAC xəbər verir ki, o, bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Trampın sözlərinə görə, hər iki tərəf danışıqlar yolu ilə razılaşma əldə etməyin zəruriliyini dərk etdiyi mərhələyə yaxınlaşır. Bununla belə, qəzetin məlumatına görə, Ukrayna danışıqlarında iştirak edən nümayəndələr ABŞ Prezidentinin nikbinliyini bölüşmürlər.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.