×
A
A
A
Sazlamalar

“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib

Bakı, 4 noyabr, AZƏRTAC
Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının dördüncü turunda səfərdə İspaniyanın “Atletiko Madrid” komandasını 2:0 hesabı ilə məğlub edib.
AZƏRTAC xəbər verir ki, Madriddə keçirilən görüşdə qolları Lennart Karl (54-cü dəqiqə) və Konrad Laymer (74-cü dəqiqə) vurublar.
Bu qələbədən sonra “Bavariya” turnirdə 8 xalla çıxışını davam etdirir. “Atletiko Madrid” isə 4 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.
Növbəti turda “Atletiko Madrid” səfərdə Norveçin “Vikinq” komandası ilə, “Bavariya” isə Fransanın “Lill” klubu ilə qarşılaşacaq. Görüşlər noyabrın 25-də keçiriləcək.

İdman 2026-11-04 03:01:00