


PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib
Bakı, 4 noyabr, AZƏRTAC
Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının dördüncü turunda İspaniyanın “Vilyarreal” komandası ilə səfər oyununda 17 dəqiqə ərzində dörd qol vuraraq turnirin rekordunu yeniləyib.
AZƏRTAC xəbər verir ki, Paris təmsilçisinin qollarını Joao Neveş (9-cu dəqiqə), Desire Due (12), Senny Mayulu (13) və Fabian Ruis (17) vurublar.
Bundan əvvəlki rekord 2011-ci ilin noyabrında müəyyənləşib. Həmin vaxt bir komanda Zaqreb “Dinamo”sunun qapısından 20 dəqiqə ərzində dörd top keçirib.