×
A
A
A
Sazlamalar

NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır

Bakı, 4 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelada Amerika hərbçilərinin uzunmüddətli mövcudluğunu nəzərdə tutan hərbi razılaşma üzrə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlara ABŞ Dövlət katibi Marko Rubio rəhbərlik edir. Tərəflər arasında qüvvələrin statusu haqqında sazişin imzalanması nəzərdə tutulur. Hərbi kontingentin yerləşdirilməsi və mövcudluğunun detalları sonrakı razılaşmalarla müəyyənləşdirilə bilər.
Bununla belə, ABŞ-nin Venesuelada yeni hərbi baza yaratmaq, yoxsa mövcud hərbi obyektlərdən istifadə etmək niyyətində olduğu hələlik məlum deyil.
ABŞ Dövlət Departamentinin rəsmisi Vaşinqtonun Venesuela ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istədiyini, lakin hazırda hərbi baza ilə bağlı danışıqlar aparılmadığını bildirib.

Dünya 2026-11-04 01:38:00