


“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb
Bakı, 3 noyabr, AZƏRTAC
Kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb – 25:23, 19:25, 23:25, 25:23, 15:10.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 11-də Portuqaliyada keçiriləcək.