×
A
A
A
Sazlamalar

Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH VİDEO


Bakı, 3 noyabr, AZƏRTAC
Avropada keçirilən müxtəlif etiraz aksiyaları, xüsusilə Z nəslinin bu aksiyalardakı rolu liberal dünya nizamının dağıldığını, liberalizm və kapitalizm prinsipləri əsasında formalaşan rifah dövləti konsepsiyasının isə tənəzzülə uğradığını göstərir. Bütün bunlar həmin ölkələrin Qlobal Cənuba münasibətdə yürütdüyü xarici siyasətin nəticəsidir.
Bunu AZƏRTAC-a şərhində beynəlxalq münasibətlər üzrə pakistanlı ekspert Münəvvər Hüseyn deyib.
O hesab edir ki, nəticədə dünya iqtisadiyyatında inflyasiya müşahidə olunur və Avropada da eyni vəziyyət yaranıb.
“Məhz bu səbəbdən Fransa, Almaniya, Belçika, İtaliya və Polşada etiraz aksiyaları keçirilir. Bütün bunlara Qlobal Cənuba münasibətdə yürüdülən kapitalist siyasəti səbəb olub. Həmin siyasət etirazlara yol açıb, inflyasiyaya səbəb olub və liberal dünya nizamını dağıdıb”, – deyə müsahibimiz qeyd edib.

Müəllif- Leyla Muradzadə

2026-11-03 21:06:00