×
A
A
A
Sazlamalar

Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva noyabrın 3-də Fəxri xiyabanı ziyarət edib.
AZƏRTAC xəbər verir ki, ombudsman Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edərək məzarı üzərinə tər güllər düzüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Cəmiyyət 2026-11-03 20:18:00