


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 1 iyun tarixli 1053 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 757 (Cild I); 2024, № 7, maddə 910, № 12 (II kitab), maddə 1443) ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın 42.5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1. “Alekseyevka” və “Vladimirovka” sözləri çıxarılsın.
2. “Yuxarı Digah” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Çinarlı
Elbir”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 3 noyabr 2026-cı il
№ 370