×
A
A
A
Sazlamalar

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

Bakı, 2 noyabr, AZƏRTAC

Aralıq dənizində, Krit adası yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Türkiyənin Muğla vilayətinin sahillərindən təxminən 250 kilometr məsafədə, 9 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.

Dünya 2026-11-02 23:03:00