×
A
A
A
Sazlamalar

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Astana, 2 noyabr, AZƏRTAC

Samara istehsalat-dispetçer qovşağının obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan sonra “Atırau–Samara” magistral neft kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb.
AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, hücum noyabrın 2-nə keçən gecə baş verib. Bununla əlaqədar neftin nəqli dayandırılıb. Hazırda müvafiq xidmətlər infrastrukturun texniki vəziyyətini qiymətləndirirlər.
“Neftin bu istiqamət üzrə qəbulunun yaxın vaxtlarda bərpası gözlənilir”, – deyə nazirliyin məlumatında bildirilir.
Nazirlik vəziyyətin nəzarət altında olduğunu və əlavə məlumat veriləcəyini qeyd edib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Dünya 2026-11-02 21:20:00