×
A
A
A
Sazlamalar

Samuxda vətəndaşların müraciətləri dinləniləcək

Bakı, 2 noyabr, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev noyabrın 13-də Samux rayonunda sakinləri qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar noyabrın 2-6-da nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.

Regionlar 2026-11-02 12:46:00