×
A
A
A
Sazlamalar

Rezidentlik sertifikatı necə alınır?

Bakı, 31 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) bu xidməti vergi ödəyicisinin Azərbaycan Respublikasının vergi rezidenti olduğunu təsdiq edən rezidentlik sertifikatının verilməsini əhatə edir.
DVX-dən AZƏRTAC-a bildirilib ki, xidmət Vergi Məcəlləsinin rezidentliklə bağlı müddəaları və Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq müqavilələrin tətbiqi çərçivəsində həyata keçirilir.
Rezidentlik sertifikatının alınması üçün vergi ödəyicisi vergi orqanına müəyyən edilmiş DTA-01 formasında ərizə ilə müraciət edir. Müraciətin elektron qaydada təqdim edilməsi imkanı da mövcuddur.
Sertifikat vergi ödəyicisinin xarici dövlətlərdə beynəlxalq vergi müqavilələrinin tətbiqi məqsədilə rezidentlik statusunu təsdiq etmək üçün istifadə oluna bilər. Xidmətdən istifadə üçün tələb olunan sənədlər və müraciət qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.

 

İqtisadiyyat 2026-10-31 12:52:00