×
A
A
A
Sazlamalar

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Bakı, 31 oktyabr, AZƏRTAC

“Baku Art Weekend” olduqca vacib platformadır. Çünki festival dünyanın müxtəlif ölkələrindən olan qonaqları, rəssamları, eləcə də nüfuzlu muzeylərdə çalışan mütəxəssisləri bir araya gətirərək onlara Azərbaycanı və regionun mədəni imkanlarını yaxından tanımaq fürsəti yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Londonda incəsənət layihələri üzrə məsləhətçi, “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalının iştirakçısı Vinita Aqraval deyib.
Onun sözlərinə görə, festival həm birgə əməkdaşlıq, həm də gələcək inkişaf üçün geniş imkanlar açır: “Tədbir, eyni zamanda, xarici qonaqların Azərbaycandan xoş təəssüratlarla ayrılaraq ölkəmizin zəngin mədəniyyətini öz ölkələrində və beynəlxalq mühitdə tanıtmaları baxımından da böyük əhəmiyyət daşıyır”.

Müxbir - Gülay Nəzərova

 

Mədəniyyət 2026-10-31 11:31:00