×
A
A
A
Sazlamalar

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

Bakı, 31 oktyabr, AZƏRTAC
“Baku Art Weekend” kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Belə festivallar həm Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına, həm də xarici qonaqların ölkənizin incəsənəti ilə daha yaxından tanış olmasına şərait yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Latviyadan olan rəssam və heykəltaraş Eqons Perşeviçs deyib.
O, ilk dəfə Bakıda olduğunu və şəhərin onda xoş təəssürat yaratdığını vurğulayıb: “Burada gördüklərim məni heyran etdi. Azərbaycanın çox peşəkar rəssamları var. Onlarla birgə çalışmaq mənim üçün çox xoş oldu".

Müxbir - Gülay Nəzərova

 

Mədəniyyət 2026-10-31 11:00:00