


Sabah hava əsasən yağmursuz olacaq
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 31-nə gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləck. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-21, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.