×
A
A
A
Sazlamalar

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatala, Şəki və Qəbələdə vətəndaşlarla görüş keçiriləcək

Bakı, 29 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Zaqatala, Şəki və Qəbələ şəhərlərində vətəndaşlarla görüş keçirəcək.
ƏMDX-dən AZƏRTAC-a bildirilib ki, saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Vətəndaş qəbulunun qrafiki:

 

Məkan

Qəbulun keçirilmə vaxtı

Son müraciət tarixi

Əlaqə

18 saylı Zaqatala Ərazi İdarəsi (ünvan: Zaqatala şəhəri, F.Əmirov küçəsi, 173)

    04.11.2026

    03.11.2026

050 211 12 53,

070 422 44 88,

(02422) 4-00-63,

055-306-61-07

elektron poçt ünvanı: [email protected]

12 saylı Şəki Ərazi İdarəsi (ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti, 9A) 

     05.11.2026

    04.11.2026

050 211 12 53,

070 422 44 88,

(02424) 42130,

077 755 22 17

 

elektron poçt ünvanı: [email protected]

9 saylı Qəbələ Ərazi İdarəsi (ünvan: Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi, 6)

      06.11.2026

    05.11.2026

050 211 12 53,

070 422 44 88,

(02420) 4-28-68

elektron poçt ünvanı: [email protected]

 

İqtisadiyyat 2026-10-29 12:59:00