×
A
A
A
Sazlamalar

“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında “AzərEnerji” ASC 9,2 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 milyon dollar və ya 53,3 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında “AzərEnerji” ASC-nin ixrac gəlirləri 6 milyon dollar olub.

İqtisadiyyat 2026-10-29 12:58:00