×
A
A
A
Sazlamalar

Taleh Kazımov: Doqquz ayda kartdan-karta köçürmələrin həcmi 48 milyard manat olub

Bakı, 29 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında card-to-card köçürmələrin həcmi 48 milyard manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında deyib.
T.Kazımov qeyd edib ki, ötən il bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub.
“Əməliyyatların böyük həcmi və bu köçürmələrdən qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar “card-to-card” əməliyyatlarına limitlər tətbiq ediblər. Aylıq 20 min manatlıq və gündəlik beş mədaxil üzrə limitlərlə bağlı əlavə ehtiyacı olan müştərilər banka müraciət edərək əməliyyatlarının mahiyyətini izah edə bilərlər. Əsaslandırılmış müraciət əsasında limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın əldə edilməsinə də aiddir. Bu tələblərin məqsədi qanuni əməliyyatlara mane olmaq deyil, vergidən yayınma və digər qanunsuz fəaliyyət risklərinin qarşısını almaqdır”, - deyə Mərkəzi Bankın sədri əlavə edib.

Foto - Xanlar Əlizadə

İqtisadiyyat 2026-10-29 12:52:00