×
A
A
A
Sazlamalar

SOCAR-ın idarəsi 251 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Bakı, 29 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 251 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,8 milyon dollar və ya 17,1 faiz azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 302,8 milyon dollar olub.

İqtisadiyyat 2026-10-29 12:51:00