×
A
A
A
Sazlamalar

Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil

Bakı, 29 oktyabr, AZƏRTAC
Hər hansı vəzifəli şəxs dövlət satınalınması, işə qəbul, vəzifəyə təyinat və ya maliyyə vəsaitinin bölüşdürülməsi ilə bağlı qərar qəbul edir. Əgər həmin qərarda onun özünün, yaxın qohumlarının və ya əlaqəli olduğu şəxslərin maraqları varsa, obyektivlik və qərəzsizlik məsələsi ortaya çıxır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin oktyabrın 29-da keçirilən birgə iclasında Komitə sədri Arzu Nağıyev söyləyib.
O bildirib ki, belə hallarda əsas tələb şəxsin şəxsi maraqlarını gizlətməməsi, müvafiq qaydada açıqlaması və qərarın qanunvericiliyə uyğun qərəzsiz qəbul edilməsinin təmin olunmasıdır.
"Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil. Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil. Lakin onun düzgün idarə olunmaması korrupsiya üçün əlverişli şərait yarada bilər",- deyə A.Nağıyev əlavə edib.

Siyasət 2026-10-29 12:50:00