×
A
A
A
Sazlamalar

Dövlət Turizm Agentliyinin sədri: Pekində nümayəndəliyin açılması Asiya bazarları ilə əlaqələrimizi daha da gücləndirir

Bakı, 29 oktyabr, AZƏRTAC

Regional tərəfdaşlarla əməkdaşlığımız bu il də “ITB China”, “Indonesia Travel Expo” və Kuala-Lumpurda keçirilən “WITEX” kimi mühüm beynəlxalq sərgilərdə iştirakımız, eləcə də Çin, İndoneziya, Malayziya, Sinqapur, Koreya Respublikası və Yaponiyada təşkil olunan təqdimat tədbirləri vasitəsilə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “PATA Hosted Buyers Summit Baku 2026” tədbirindəki çıxışı zamanı bildirib.
Pekində nümayəndəliyimizin açılmasının Azərbaycanın bu bazarlara daha da yaxınlaşması və tərəfdaşlarla uzunmüddətli əlaqələrin qurulması istiqamətində mühüm addım olduğunu vurğulayan F.Nağıyev deyib: “Bu gün Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Koreya Respublikasından 50-dən çox turizm nümayəndəsini qəbul etməkdən məmnunuq. Bu sammit Azərbaycanın turizm potensialının təqdim olunması, eləcə də beynəlxalq alıcılarla yerli turizm sənayesinin nümayəndələri arasında birbaşa işgüzar əlaqələrin qurulması üçün dəyərli platformadır”.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Tofiq Babayev

 

Turizm 2026-10-29 10:31:00