×
A
A
A
Sazlamalar

Almaniyadan 40 nəfər Əfqanıstan vətəndaşı deportasiya edilib

Berlin, 29 oktyabr, AZƏRTAC
Almaniya cinayət törətmiş 40 nəfər Əfqanıstan vətəndaşını vətənlərinə deportasiya edib.
AZƏRTAC xəbər verir ki, deportasiya edilən şəxslər adamöldürmə, zorlama, uşaqlara qarşı cinsi zorakılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi də daxil olmaqla müxtəlif cinayətlər törədiblər. Onlar çarter reysi ilə Leypsiq-Halle hava limanından Kabilə göndərilib.
Bununla da Kansler Fridrix Mertsin rəhbərlik etdiyi hökumətin fəaliyyəti dövründə Almaniyadan ümumilikdə 303 Əfqanıstan vətəndaşı deportasiya olunub.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2026-10-29 05:52:00