


Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Moskvanın Jukovski hava limanında təyyarələrin uçuş və enişinə qoyulan məhdudiyyətlər ləğv edilib. Vnukovo və Domodedovo hava limanları isə reysləri müvafiq qurumlarla razılaşdırmaqla həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Vnukovo və Domodedovo hava limanlarında uçuşların təşkili hava limanları ərazisində hava məkanından istifadəyə dair müvəqqəti məhdudiyyətlərin parametrlərinin dəyişdirilməsi ilə əlaqədardır.