×
A
A
A
Sazlamalar

CENTCOM İranın Hörmüz boğazında gəmilərin minalara düşməsi ilə bağlı iddialarını təkzib edib

Bakı, 29 oktyabr, AZƏRTAC

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında kommersiya gəmilərinin mütəmadi olaraq dəniz minalarına düşməsi ilə bağlı iddialarını təkzib edib.
AZƏRTAC xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı bəyanatda bildirilib.
“Son günlər və həftələr ərzində İranın nəzarətində olan media vasitələri Hörmüz boğazından keçən kommersiya gəmilərinin dəniz minalarına düşməsi ilə bağlı İran tərəfinin iddialarını yayır. Bu iddialar yalandır”, – deyə bəyanatda qeyd olunub.
ABŞ hərbçilərinin bildirdiyinə görə, Hörmüz boğazında beynəlxalq səviyyədə tanınan bütün əsas gəmiçilik marşrutları ABŞ qüvvələri tərəfindən dəniz minalarından təmizlənib.
Komandanlıq vurğulayıb ki, minlərlə kommersiya gəmisi Hörmüz boğazından təhlükəsiz keçib və hazırda da həmin marşrutlardan istifadəyə davam edir.

Dünya 2026-10-29 01:32:00