


“Al Hadath”: Vasitəçilər İrana və ABŞ-yə noyabrın 4-dək görüş keçirməyi təklif ediblər
Bakı, 29 oktyabr, AZƏRTAC
İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair dolayı danışıqlarda vasitəçilər tərəflərə noyabrın 4-dək Türkiyədə görüş keçirməyi təklif ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin məlumatına görə, hazırda vasitəçilərlə İran arasında noyabrın 4-dək Türkiyədə görüşün keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.
Bildirilib ki, vasitəçilərin Tehrana təqdim etdiyi təşəbbüs Hörmüz boğazının açılmasını və ABŞ blokadasının aradan qaldırılmasını nəzərdə tutur.
“Al Hadath”ın məlumatına görə, təşəbbüsə İranın nüvə proqramı məsələsi də daxildir. Yeni təklifin şərtlərindən biri isə beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərinə buraxılmasıdır.