×
A
A
A
Sazlamalar

Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Masallı, 28 oktyabr, AZƏRTAC

Masallı rayonunun Ərkivan qəsəbəsində 8 Noyabr – Zəfər Gününü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya Ərkivan–Allahyarlı avtomobil yolunun hər iki tərəfində aparılıb.
Tədbirə Masallı Rayon İcra Hakimiyyətinin nümayəndələri, ərazi nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları, eləcə də rayon ictimaiyyətinin təmsilçiləri qatılıblar.
Aksiya çərçivəsində yol boyunca ağaclar əkilib, yeni tinglər suvarılıb.

Müxbir- İlkin Adıyev

Regionlar 2026-10-28 21:19:00