


Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub
Bakı, 28 oktyabr, AZƏRTAC
"Araz-Naxçıvan" futzal komandası Çempionlar Liqasında ikinci oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Bosniya və Herseqovinanın "Buba Mara" kollektivi ilə qarşılaşıb və rəqibinə 3:5 hesabı ilə uduzub.
Komanda ötən gün Macarıstan təmsilçisi "Uypeşt"i 5:4 hesabı ilə üstələyib.