×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikası Prezidentinin “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” 2013-cü il 5 fevral tarixli 813 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli fərmanlarında və “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli 268 nömrəli, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 4 aprel tarixli 3199 nömrəli, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 474 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” 2013-cü il 5 fevral tarixli 813 nömrəli, “Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli 1885 nömrəli, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli fərmanlarında və “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli 268 nömrəli, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 4 aprel tarixli 3199 nömrəli, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 474 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627 (Cild I); 2024, № 1, maddələr 110, 124, № 9, maddələr 1061, 1067, № 12 (II kitab), maddələr 1439, 1463; 2025, № 1, maddə 86, № 2, maddələr 181, 187, № 12 (II kitab), maddə 1216; 2026, № 1, maddə 84) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.12-ci bəndinin ikinci abzasında “EHİS vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” Elektron Hökumət Portalına ötürülür” sözləri “elektron kabinetdə yerləşdirilməsi üçün EHİS-ə ötürülür” sözləri ilə əvəz edilsin.
2. “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 665 (Cild I) 2.1-ci bəndində “Elektron Hökumət Portalına qoşulmuş informasiya sistemləri vasitəsilə” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş dövlət informasiya sistemləri və ehtiyatları vasitəsilə” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 571 (Cild I); 2024, № 9, maddə 1106) ilə təsdiq edilmiş “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nın 5.1-3-cü bəndində “Elektron hökumət” portalı vasitəsilə” sözləri “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1257 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 4.4.1-ci yarımbəndində “Elektron hökumət” portalına daxil olaraq müvafiq avtorizasiya prosesini keçməklə,” sözləri “Elektron Hökumət İnformasiya Sistemində identikləşdirildikdən sonra” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 iyun tarixli 142 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 640 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. adında və 1-ci hissədə “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi Qaydaları” üzrə:
5.2.1. adında “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin;
5.2.2. 1.2-ci bənddə “Elektron hökumət” portalında (bundan sonra – portal)” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” (bundan sonra – EHİS)” sözləri ilə əvəz edilsin;
5.2.3. 1.3-1.6-cı bəndlərdə, 2-ci hissənin adında, 2.1-ci, 2.2-ci bəndlərdə, 2.3-cü bəndin birinci və ikinci cümlələrində, 2.4-cü bənddə (ikinci halda), 2.5-ci bəndin birinci və ikinci cümlələrində, 3-cü hissənin adında, 3.1-ci bənddə, 3.1.2-ci yarımbənddə, 3.2-ci bənddə (ikinci halda), 3.2.3-cü, 3.2.4-cü yarımbəndlərdə, 4.2-4.5-ci, 4.6-cı (ikinci halda) bəndlərdə ismin müvafiq hallarında “portal” sözü ismin müvafiq hallarında “EHİS” akronimi ilə əvəz edilsin;
5.2.4. 2.4-cü, 3.2-ci və 4.6-cı bəndlərdə (birinci hallarda) “Portalın” sözü “EHİS-in” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 8, maddə 816 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə məlumatların verilməsi Qaydaları”nın 2.10-cu bəndində “elektron hökumət portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382 (Cild I); 2024, № 2, maddə 1049; 2026, № 6, maddə 563) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin “İnformasiya sisteminin adı” sütununun 7-ci hissəsində “Elektron hökumət” portalı” sözləri “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 596 (Cild I) ilə təsdiq edilmiş “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndində “elektron hökumət” portalına” sözləri “Elektron Hökumət İnformasiya Sisteminə” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 102 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 470 (Cild I) ilə təsdiq edilmiş “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nın 1.7-ci bəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na” sözləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına, “Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanına və digər normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1891 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 3.2-ci bənddə “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçməklə,” sözləri “Elektron Hökumət İnformasiya Sistemi”ndə identikləşdirildikdən sonra” sözləri ilə əvəz edilsin;
10.2. 3.7-ci bəndin ikinci cümləsində “Elektron Hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin;
10.3. 4.1-ci, 4.2-ci və 5.2-ci bəndlərdə “Elektron hökumət” portalı vasitəsilə” sözləri “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.
11. “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”in, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 615 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2560 (Cild I); 2025, № 2, maddə 196, № 9, maddə 877; 2026, № 1, maddə 93, № 6, maddə 563) aşağıdakı dəyişikliklər edilsin:
11.1. adında “, “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in və “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər”in” sözləri “və “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər”in” sözləri ilə əvəz edilsin;
11.2. 3-cü hissə ləğv edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 29 may tarixli 249 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 982 (Cild I); 2024, № 1, maddə 111, № 5 (II kitab), maddə 611; 2025, № 3, maddə 282; 2026, № 6, maddə 586) ilə təsdiq edilmiş “Beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nın 13.2-ci bəndində “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya” sözləri “Elektron Hökumət İnformasiya Sistemində müvafiq identikləşdirilmə” sözləri ilə əvəz edilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 sentyabr tarixli 381 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1535 (Cild I) ilə təsdiq edilmiş “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
13.1. 1.5-ci bənddə “Elektron hökumət” portalı vasitəsilə göstərilir” sözləri “Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə həyata keçirilir” sözləri ilə əvəz edilsin;
13.2. 3.3-cü bənddə “Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS)” sözləri “EHİS” akronimi ilə əvəz edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 noyabr tarixli 453 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1873 (Cild I); 2025, № 2, maddə 196) ilə təsdiq edilmiş “İxtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinə daxil edilməsi Qaydası”nın 2.2-ci bəndində “Vahid Giriş Sistemi”ndən (“ASAN login”) istifadə edilməklə” sözləri “EHİS-in “Vahid Giriş” altsistem vasitəsilə” sözləri ilə əvəz edilsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 73 (Cild I); 2024, № 4, maddə 439, № 9, maddə 1090) ilə təsdiq edilmiş “Turizm Reyestrinin aparılma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
15.1. 5.3-cü bənddə “Vahid Giriş Sistemi (“ASAN login”) vasitəsilə” sözləri “EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə” sözləri ilə əvəz edilsin;
15.2. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“5.4. İstifadəçi EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə Reyestrdə identikləşdirildikdən sonra avtomatik qaydada elektron kabineti yaradılır.”;
15.3. 7.1-ci bənddə “ASAN login” vasitəsilə” sözləri “EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 212 (Cild I) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın 2.1.6-2.1.10-cu yarımbəndlərində və 8.1-ci bəndində “kommunal xidmətlərin vahid informasiya sisteminə” sözləri “Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Kommunal Xidmətlər” altsisteminə” sözləri ilə əvəz edilsin.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 364 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1236 (Cild I); 2024, № 2, maddə 209, № 3, maddə 341, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nın 7.10-cu bəndində “Elektron hökumət” portalı vasitəsilə” sözləri “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 20 oktyabr tarixli 401 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1289 (Cild I) ilə təsdiq edilmiş “Sığortaolunanların fərdi uçotunun aparılması Qaydası”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
18.1. adında və 3.2-ci bənddə “Sığortaolunanın fərdi şəxsi hesabı” sözləri “Sığortaolunanın elektron kabineti” sözləri ilə əvəz edilsin;
18.2. 3.1-ci bənddə “Agentlik sığortaolunanın fərdi şəxsi hesabını yaradır və Vahid Giriş Sistemi (“Asan Login”) vasitəsilə şəxsi hesaba giriş imkanlarını təmin edir” sözləri “sığortaolunanın elektron kabineti yaradılır və həmin kabinetə EHİS-in “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirilməklə giriş təmin edilir” sözləri ilə əvəz edilsin.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 dekabr tarixli 479 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1583 (Cild I) ilə təsdiq edilmiş “Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı”nın 1.3-cü və 2.2-ci bəndləri ləğv edilsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli 21 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 104 (Cild I); 2024, № 11, maddə 1247) ilə təsdiq edilmiş “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nın 3.2-ci bəndində “ASAN login” sistemi vasitəsilə giriş etdikdən sonra” sözləri “Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi vasitəsilə identikləşdirdikdən sonra” sözləri ilə əvəz edilsin.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 oktyabr tarixli 308 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1177 (Cild I) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi”nin 2.12-ci bəndində “Vahid Giriş Sistemi (“ASAN” Login) vasitəsilə” sözləri “Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 mart tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 436 (Cild I) ilə təsdiq edilmiş “Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması Qaydası”nın 2.3-cü bəndində “Vahid Giriş Sistemi vasitəsilə” sözləri “Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 493 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1828 (Cild I); 2026, № 6, maddə 586) ilə təsdiq edilmiş “Elektron satınalmanın keçirilməsi Qaydaları”nın 2.1.1-ci və 2.2.1-ci yarımbəndlərində “Vahid giriş sistemi pəncərəsindən” sözləri “Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi üzərindən” sözləri ilə əvəz edilsin.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 iyun tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 725; 2025, № 12 (II kitab), maddə 1257) ilə təsdiq edilmiş “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
24.1. 1.2.13-cü yarımbənddə “Kommunal Xidmətlərin Vahid İnformasiya Sistemi” sözləri “Sistem qismində Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Kommunal Xidmətlər” altsistemi” sözləri ilə əvəz edilsin;
24.2. həmin Qaydanın 1 və 2 nömrəli əlavələrində “Kommunal Xidmətlərin Vahid İnformasiya Sisteminə” sözləri “Sistem qismində Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Kommunal Xidmətlər” altsisteminə” sözləri ilə əvəz edilsin.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (II kitab), maddə 734; 2025, № 10, maddə 993, № 12 (II kitab), maddə 1257; 2026, № 6, maddə 575) ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da aşağıdakı dəyişiklər edilsin:
25.1. 1.2.29-cu yarımbənddə “Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi” sözləri “sistem qismində Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Kommunal Xidmətlər” altsistemi” sözləri ilə əvəz edilsin;
25.2. 166.5-ci bənddə “Portalda” sözü “İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin;
25.3. 168.2-ci bənddə “Vahid Giriş Sistemi (VGS) vasitəsilə” sözləri “Elektron Hökumət İnformasiya Sisteminin “Vahid Giriş” altsistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 8 iyul tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 7, maddə 705) ilə təsdiq edilmiş “Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları”nın 3.2-ci bəndinin birinci cümləsində “Elektron hökumət” portalında” sözləri “Elektron Hökumət İnformasiya Sistemində” sözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 27 ” “ oktyabr ” 2026-cı il

№ 361

Qərarlar 2026-10-28 11:30:00