×
A
A
A
Sazlamalar

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-u və 30-u isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.

Ekologiya 2026-10-27 16:35:00