×
A
A
A
Sazlamalar

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Bakı Prosesi”nə davamlı dəstəyi mədəniyyətlərarası dialoq üçün beynəlxalq miqyasda uzunömürlü bir platforma yaradıb. Bu Forum qarşımızda duran öhdəliyi konkret qərarlara çevirməyə, insan ləyaqətinin qorunmasını təmin edən addımlar atmağa çağırır. Vəziyyətin nə qədər təcili olduğu tam aydındır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.
O bildirib ki, bu Forumun uzunmüddətli nailiyyəti onun çərçivəsində qəbul edilən qərarların insanların həyatına gətirdiyi müsbət dəyişikliklərlə ölçüləcək. “Bərpa edilən hər bir məktəb sülhün təməlini daha da möhkəmləndirir, məsuliyyət həvalə edilən hər bir gənc isə dialoqun gələcəyini təmin edir. Sülh milli investisiyaların əsas prioritetlərindən biri olmağa layiqdir”, - deyə Baş direktor vurğulayıb .

Cəmiyyət 2026-10-27 11:58:00