


Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov ABŞ-nin “Fortinet” şirkətinin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə “Fortinet” şirkəti ilə əməkdaşlıq imkanları, o cümlədən ali təhsil müəssisələrində “Fortinet Academic Partner Program”ın genişləndirilməsi müzakirə edilib.
Eyni zamanda, şirkətlə “bulud” texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.