×
A
A
A
Sazlamalar

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Bakı, 27 oktyabr, AZƏRTAC

Sentyabrda bankların kredit portfeli 2,6 faiz və ya 860,5 milyon manat artaraq 33 milyard 684,7 milyon manat olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri – 54,7 faiz (18,440 milyon manat); istehlak kreditləri – 30,9 faiz (10 milyard 407,9 milyon manat) və ipoteka kreditləri – 14,4 faiz (4 milyard 836,8 milyon manat). Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 12 faiz və ya 3 milyard 621,7 milyon manat artıb (2025-ci ilin müvafiq dövrü üzrə artım 6,5 faiz olub).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76 faizi və ya 42 milyard 257,7 milyon manat. Depozit portfelinin 56,4 faizi (23 milyard 821,4 milyon manat) hüquqi şəxslərin, 43,6 faizi (18 milyard 436,3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

 

İqtisadiyyat 2026-10-27 11:47:00