×
A
A
A
Sazlamalar

Qazaxda kişi meyiti tapılıb

Qazax, 27 oktyabr, AZƏRTAC

Qazaxda 53 yaşlı kişinin meyiti tapılıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü A.Hüseynovun meyiti kənd tam orta məktəbinin yaxınlığında aşkarlanıb. İlkin məlumata görə, A.Hüseynov ürək tutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Müxbir -Ruslan Novruzoğlu

Regionlar 2026-10-27 11:42:00