×
A
A
A
Sazlamalar

Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb

Bakı, 27 oktyabr, AZƏRTAC

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 755 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 220 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib.

İqtisadiyyat 2026-10-27 11:09:00