×
A
A
A
Sazlamalar

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689 (Cild I); 2024, № 11, maddə 1186) Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Quba rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2-1-ci və 5-1-ci hissələr əlavə edilsin:

2-1.

Bəhrəli-Çinarlı bələdiyyəsi

Bəhrəli, Çinarlı, İqrığ, Qacar Zeyid və Zizik kəndləri

 

5-1.

Elbir bələdiyyəsi

Ağbil, Aşağı Atuc, Dəlləkli, Elbir, Əlibəyqışlaq, Mirzəməmmədkənd və Susayqışlaq kəndləri

2. 17-ci və 20-ci hissələr ləğv edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2026-cı il

Qanunlar 2026-10-22 12:11:00