


Moskva meri daha 25 dronun məhv edildiyini bildirib
Bakı, 18 oktyabr, AZƏRTAC
Moskva meri Sergey Sobyanin paytaxt istiqamətində daha 25 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, mer özünün “Telegram” kanalında verdiyi açıqlamada Moskvaya doğru uçan 25 PUA-nın vurulduğunu, hazırda təcili yardım xidmətlərinin qəza yerində işlədiyini qeyd edib.
Bundan əvvəl şənbə günü paytaxta yönələn 156 dronun vurulduğu xəbər verilmişdi. Son məlumatla birlikdə Moskva istiqamətində məhv edilən dronların ümumi sayı 181-ə çatıb.
"Rosaviasiya"nın məlumatına görə, Moskvanın “Vnukovo” və “Domodedovo” hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb.