×
A
A
A
Sazlamalar

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Tbilisi, 17 oktyabr, AZƏRTAC

Bu gün Gürcüstan ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Ölkələrimiz arasında elm və təhsil sahəsində də münasibətlər çox yüksək səviyyədədir.
Bunu AZƏRTAC-a müsahibəsində gürcüstanlı professor Nika Çitadze deyib.
“Bu gün professor, müəllim və tələbə mübadilələri həyata keçirilir. Eyni zamanda, qarşılıqlı olaraq dərsliklərin də mübadiləsini görürük. Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblər üçün göndərilən dərsliklər artıq məktəblərə paylanılır. Bu da şagirdlərə dövlət dili ilə yanaşı, öz ana dillərini də öyrənmək üçün möhkəm zəmin yaradır”, - deyə o bildirib.
Nika Çitadzenin sözlərinə görə, Azərbaycandakı gürcü məktəblərə də gürcü dilində dərsliklər göndərilib.
“Bu mübadilə bizə ikitərəfli əlaqələrimizi, daha doğrusu, strateji tərəfdaşlıq münasibətlərimizi daha da möhkəmləndirməyə, həmçinin gənc nəslin yeni ruhda böyüməsinə gözəl şərait yaradır”, – deyə o vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2026-10-17 21:45:00