×
A
A
A
Sazlamalar

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan bəstəkarlıq məktəbində özünəməxsus dəst-xəti ilə seçilən Ramiz Mustafayevin 100 illik yubileyində, məhz onun doğum günündə bəstəkarın “Vaqif” operasının nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Ramil Qasımov deyib.
O bildirib ki, Ramiz Mustafayevin sağlığında onun özü ilə “Vaqif” operası üzərində işləmək sənət fəaliyyəti baxımından yaddaqalan təcrübə olub: “Qürur duyuram ki, vaxtilə bu operanı bəstəkarın özü ilə öyrənmişəm. Bu gün səhnədə Molla Pənah Vaqif obrazını canlandırmaq mənim üçün böyük şərəfdir. Bu opera Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir. Həmçinin milli ədəbiyyatımızın və musiqi mədəniyyətimizin qovuşduğu dəyərli sənət əsəridir. Belə bir tamaşada iştirak etmək, bəstəkarın irsini yaşatmaq və onu yeni nəsillərə çatdırmaq məsuliyyətli və qürurverici missiyadır”.

Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Tofiq Babayev

Mədəniyyət 2026-10-16 22:34:00