×
A
A
A
Sazlamalar

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Bakı, 16 oktyabr, AZƏRTAC

Uşaqlıqda ingilis dilini öyrənməkdə çətinlik çəkən Aslan Məmmədzadə bu gün 15 dil bilir. Onlardan 9-na akademik səviyyədə yiyələnən, digər dillərdə isə sərbəst danışan gənc qarşılaşdığı çətinliklərə baxmayaraq, marağı və əzmkarlığı sayəsində bu sahədə böyük irəliləyiş əldə edib. Aslanın növbəti hədəfi isə bildiyi dillərin sayını 25-ə çatdırmaqdır.
Poliqlotun xarici dilləri öyrənmə üsulları ilə daha ətraflı AZƏRTAC əməkdaşlarının hazırladığı videomaterialda tanış ola bilərsiniz.

Cəmiyyət 2026-10-16 22:25:00