×
A
A
A
Sazlamalar

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarını 8-ə çatdıran "Sumqayıt" səkkizinci pillədə qərarlaşıb. Qonaqlar isə 2 xalla sonuncu - 12-ci yerdədir.
Bu, "kimyaçılar"ın ardıcıl ikinci qələbəsi olub.
Turun digər matçında isə "Şamaxı" "Şəfa"nı 3:2 hesabı ilə üstələyib.

İdman 2026-10-16 21:04:00