


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
Tovuz, 15 oktyabr, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “KIA” və “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “VAZ 2106” markalı avtomobildə olan sərnişin xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müxbiri - Ruslan Novruzoğlu