


Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirak çərçivəsində “Bank of New York Mellon”un (BNY) icraçı sədr müavini Hani Kablavi ilə görüşüb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə maliyyə sektorunda izlənən inkişaf dinamikası, tənzimləmə və nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən əsas təşəbbüslər müzakirə olunub.
Görüşdə, həmçinin əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.