


Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb
Berlin, 14 oktyabr, AZƏRTAC
Danimarka Almaniya ilə sərhəddə həyata keçirilən nəzarət tədbirlərinin müddətini daha altı ay uzadıb.
AZƏRTAC xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatında yoxlamaların 2027-ci il mayın ortalarınadək davam etdirmək qərarına gəldiyi bildirilib.
Qərarın səbəbi kimi təhlükəsizlik vəziyyətinin hələ də gərgin olması göstərilib. Nazirliyin məlumatına görə, terrorizm və təxribat təhlükələri qalmaqdadır.
Qərara İspaniyanın Şimali Afrikada yerləşən Seuta eksklavında baş verən hadisələr də təsir edib. Nazirlik yay aylarında miqrantların kütləvi axınının böyük insan qruplarının qısa müddətdə hərəkətə keçə biləcəyini bir daha nümayiş etdirdiyini açıqlayıb.
Qeyd edək ki, Almaniya artıq iki ildir Danimarka ilə sərhəddə stasionar nəzarət tədbirləri həyata keçirir və bu tədbirlərin müddətini dəfələrlə uzadıb.