×
A
A
A
Sazlamalar

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

Budapeşt, 14 oktyabr, AZƏRTAC

Macarıstanın Baş naziri Pyotr Macyar bu həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ilk rəsmi ikitərəfli görüşünü keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Daily News Hungary” nəşri məlumat yayıb. Görüşün cümə günü səhər saatlarında keçirilməsi gözlənilir. Macyar bu barədə Brüsseldə keçiriləcək Avropa İttifaqının sammitinə yola düşərkən sosial şəbəkədəki paylaşımında bildirib. Görüş Macarıstan və Ukrayna arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Əvvəlki Macarıstan hökuməti dövründə iki ölkə arasında münasibətlər xeyli gərginləşmişdi. Xüsusilə Ukraynada yaşayan macar azlığının hüquqları və ana dilində təhsil məsələləri fikir ayrılıqlarına səbəb olmuşdu.
Ukraynanın macar azlığının ana dilində təhsil hüquqlarını təmin etməyə yönəlmiş qanunvericilik addımı tərəflər arasında dialoqun bərpasına şərait yaradıb.
Brüsseldə Macyarın digər Avropa liderləri ilə də görüşləri nəzərdə tutulub. Sammitdə Avropa İttifaqının xarici sərhədlərinin qorunması, enerji böhranı və birliyin növbəti yeddiillik büdcəsi müzakirə olunacaq.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Dünya 2026-10-14 21:20:00