×
A
A
A
Sazlamalar

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

Bakı, 13 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası Asiya Çempionlar Liqasının ikinci turunda evdə Özbəkistanın “Neftçi” klubunu 3:1 hesabı ilə məğlub edib.
AZƏRTAC xəbər verir ki, Ər-Riyadda keçirilən görüşdə Anqelo 33-cü, Kriştiano Ronaldo isə 42-ci dəqiqədə fərqlənib. Bu qol portuqaliyalı hücumçunun peşəkar karyerasında 981-ci qolu olub. “Neftçi”nin heyətində Əlişir Odilov 51-ci dəqiqədə qol vurub, 78-ci dəqiqədə isə komandanın futbolçusu avtoqol edib.
Qeyd edək ki, qonaqlar 65-ci dəqiqədə İkram Əlibayevin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra azlıqda qalıblar. Matç raket təhlükəsi ilə əlaqədar planlaşdırılandan bir saat gec başlayıb.
Bu qələbə “Əl-Nəsr”in turnirdə ilk uğuru olub. Səudiyyə Ərəbistanı klubu növbəti oyununu oktyabrın 26-da BƏƏ-nin “Əl-Vəsl” komandasına qarşı keçirəcək.

İdman 2026-10-13 02:21:00